
İngiltərəli futbolçu daha 8 həftə meydana çıxmaya bilər
“Arsenal”ın vingeri Bukayo Saka zədənin təkrarlanma riski səbəbindən daha səkkiz həftə yaşıl meydanlardan kənarda qala bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “topçular”ın məşqçilər heyəti aparıcı oyunçunun sağlamlığını riskə atmaq istəmir və buna görə də onu meydana qayıtmağa məcbur etməyəcək.
Komandanın baş məşqçisi Mikel Arteta 23 yaşlı Sakanın tam sağalmasını gözləmək istəyir. O, dekabrda bud nahiyəsindən zədə alıb və əməliyyat olunub.
İngiltərəli futbolçu bu mövsüm Premyer Liqada 16 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin