
Ten Haq MLS klubuna keçə bilər
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq Avropadan kənarda iş tapa bilər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, adları açıqlanmayan MLS klubları niderlandlı mütəxəssisi dəvət etməyi düşünür.
Ten Haqın adı ilin əvvəlində Dortmund “Borussiya”sına mümkün təyinatla bağlı hallanırdı. Bu yaxınlarda “Feyenoord”un da onunla maraqlanması xəbərləri ortaya çıxdı.
55 yaşlı mütəxəssis “Mançester Yunayted”də 2022-ci ilin yayından 2024-cü ilin oktyabrına qədər çalışıb. O, əvvəllər “Ayaks”a rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin