Məşhur futbolçu “Qarabağ”ın sabiq hücumçusu ilə komanda yoldaşı ola bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandasını tərk edərək, karyerasını Braziliya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Flamenqo” braziliyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

“Qırmız şeytanlar” Kazemironu icarəyə göndərməyə və maaşının bir hissəsini ödəməyə hazırdır.

32 yaşlı yarımmüdafiəçi bu mövsüm 24 oyuna çıxıb, 3 qol vurub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

“Flamenqo” bir müddət əvvəl “Qarabağ”dan braziliyalı hücumçu Juninyonu transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button