Buffon: “Mən İtaliyada ayaqları ilə oynayan ilk qapıçı idim”

“Yuventus”un keçmiş qolkiperi Canluici Buffon qapıçılara olan müasir tələblərdən danışıb və “Napoli”nin hazırkı baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında oynaması ilə bağlı xatirələrini bölüşüb.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu, Kontenin birinci ilində özünün İtaliyada ayaqları ilə oynayan ilk qapıçı olduğunu bildirib:

“Kontenin birinci ilində mən İtaliyada ayaqları ilə oynayan ilk qapıçı idim, çünki o, heç vaxt topu itirməyimizi istəmirdi. Biz bu keçid variantlarını təklif edən ilk komanda olduq. O, yeni, ənənəyə bağlı olmayan bir şey təklif etdi və bunu çox yaxşı bacardıq. Düşünürəm ki, bunu indi Tiaqo Motta ilə etmək olar”.

Antonio Konte 2011-ci ilin iyulundan 2014-cü ilin iyuluna kimi “Yuventus”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında üç dəfə (2011/12, 2012/13 və 2013/14) İtaliya çempionu olub. O, cari mövsüm başlamazdan əvvəl “Napoli”yə rəhbərlik etməyə başlayıb.

“Yuventus”a ötən yaydan bəri “Bolonya”nın keçmiş baş məşqçisi Tiaqo Motta rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button