![](https://komanda.az/wp-content/uploads/2023/01/mudrik-2-780x470.jpg)
Ukraynalı futbolçu istənilən halda cəzalandırılacaq?
“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik dopinqə görə B testi mənfi çıxsa belə, cəzalandırıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci test mənfi olarsa, İngiltərə Futbol Assosiasiyası) ukraynalı futbolçu ilə bağlı öz qərarını verəcək.
Mudrik müvəqqəti diskvalifikasiyaya məruz qala bilər, bu, nümunənin müsbət olmasından daha qısa olacaq. İkinci test müsbət çıxsa, o, 4 il futboldan uzaqlaşdırılacaq.
24 yaşlı oyunçunun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin iyununa kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin