Qasperini kubokdakı məğlubiyyətin səbəblərini açıqladı
“Bolonya” “Atalanta”nı İtaliya kubokunun 1/4 finalında 80-ci dəqiqədə Santyaqo Kastronun qolu sayəsində məğlub edib.
Komanda.az “calcioatalanta.it”-ə istinadən xəbər verir ki, “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini məğlubiyyətin səbəbləri ilə bağlı fikirlərini bölüşüb. O, komandasının hava mübarizələrində uduzduğunu düşünür:
“Biz artıq “Torino” və “Barselona” ilə matçlarda gördüyümüz kimi, qeyri-aktiv topları itiririk. İlin əvvəlindən təkrarlanan vəziyyətdir. Biz həmçinin hava mübarizələri baxımından standartlarımızı təkmilləşdirməliyik”.
“Milan” və “Roma” bu gün İtaliya kubokunun daha bir 1/4 final matçında üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin