Qavi həkim nəzarətindədir
“Barselona”nın yarımmüdafiəçisi Qavi “Alaves”lə son oyunda (1:0) aldığı kəllə-beyin zədəsinin müalicəsini davam etdirir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hələ də ciddi həkim nəzarətindədir və xüsusi bərpa planına əməl edir.
İspaniyalı oyunçu matçın 14-cü dəqiqəsində rəqib komandanın futbolçusu Tomas Koneçni ilə toqquşaraq zədələnib və əvəzlənmək məcburiyyətində qalıb. O, dünən baş tutan məşqi buraxmalı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin