“Napoli” “Əl-Əhli”nin futbolçusunu transfer etməkdə problem yaşayır

Allan Sen-Maksimenin “Əl-Əhli”dən “Napoli”yə keçidi uğursuzluqla nəticələnə bilər.

İtaliyalıların fransalı vingerlə müqavilə imzalamaq niyyəti haqda xəbərlər ötən həftə yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar zamanı hələ də həllini tapmayan problem yaranıb.

Sen-Maksimen hazırda “Fənərbaxça”da icarə əsasında çıxış edir. Onun “Napoli”yə keçidinin baş tutması üçün tərəflər futbolçunun Türkiyə klubu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəlməlidir.

“Napoli”nin baş məşqçi Antonio Konte 27 yaşlı futbolçunun bacarığını yüksək qiymətləndirir və onu komandasında görmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button