Amorimdən “Mançester Yunayted”in transfer siyasəti haqda açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun transfer bazarındakı işi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı keçmişin səhvlərini təkrarlamadan komandanı gücləndirmək üçün əllərindən gələni etdiklərini bildirib:

“Keçmişin səhvlərini təkrarlamadan komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Klubumuzun işinin bütün nüanslarını bilirik, ancaq əlimizdən gələni etməyə çalışırıq”.

Bu qış “qırmızı şeytanlar”ın sıralarına “Leççe”dən Patrik Dorqu və “Arsenal”ın gənclər komandasından Aidan Haven qoşulub. Klubun sabah transfer pəncərəsi bağlanmazdan əvvəl ən az daha bir oyunçu ilə müqavilə imzalamağa çalışacağı barədə şayiələr yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button