“Tottenhem” “Milan”ın hücumçusu ilə maraqlanır

“Milan”ın hücumçusu Noa Okafor karyerasını “Tottenhem”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu start heyətində yer almayan forvardla ayrılmağa hazırdır.

İsveçrəli futbolçu “Leyptsiq”ə icarə əsasında keçməyə yaxın idi, ancaq onun tibbi müayinədən keçməsindən sonra Almaniya klubu anlaşmanı ləğv edib. “Tottenhem” bu yaxınlarda Okaforu almaqda maraqlı olduğunu bildirsə də, danışıqlarda heç bir irəliləyiş yoxdur.

24 yaşlı hücumçu bu mövsüm “Milan”ın heyətində 17 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button