Ronaldonun klubu 77 milyon avroya hücumçu transfer edib

“Aston Villa”nın hücumçusu Con Duran Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”ə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı forvard Səudiyyə Ərəbistanı klubuna 77 milyon avroya başa gəlib. “Əl-Nəsr” kolumbiyalı oyunçuya görə “Aston Villa”ya bu qədər pul ödəyib. Beləliklə, Duranın transferi Səudiyyə Ərəbistanı liqasının tarixində ikinci ən bahalı transfer olub. Birinci ən bahalı transfer Neymarın keçidi idi. Braziliyalı forvard “Əl-Hilal”a 90 milyon avroya başa gəlmişdi.

Con Duran bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button