Qasperini: “Ən güclü komandalara qarşı oynamaqdan xoşbəxtik”

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun oyununda “Atalanta” səfərdə “Barselona” ilə 2:2 hesablı heç-heçə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra italiyalıların baş məşqçisi Can Pyero Qasperini açıqlama verib:

“Ən güclü komandalara qarşı özümüzü sınamaq fürsətinə malik olduğumuz üçün xoşbəxtik. Hər oyun bizim üçün böyük təcrübədir. Püşkatma mərasimindən sonra nə olacağını görəcəyik”.

“Atalanta” Çempionlar Liqasının ümumi mərhələsinin yekununda turnir cədvəlini 9-cu pillədə başa vurub. Komanda mübarizəni pley-offda davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button