“Liverpul”un hücumçusundan etiraf

“Liverpul”un hücumçusu Kodi Qakpo etiraf edib ki, “Mançester Yunayted”ə keçsəydi, İngiltərədəki karyerası başqa cür gedə bilərdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, onlardan daha tez qərar vermələrini xahiş etdiyini söyləyib:

“Mançester Yunayted”dən mənə maraq var idi, ancaq 2022-ci ilin yayında Antonini dəvət etmək qərarına gəldilər. Onlardan daha tez qərar vermələrini xahiş etdim, çünki mən özüm gələcəklə bağlı nəsə etməliydim. “Sauthempton”dan, “Lids”dən də təkliflər var idi və təbii ki, PSV ilə variant. 2022-ci il dünya çempionatından sonra “Liverpul” mənə yaxınlaşdı və anladım ki, boş yerə vaxtımı keçirmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button