Konseysao ilə “Milan”ın futbolçusu arasındakı münaqişənin səbəbi məlum olub
“Milan” dünən “Parma” üzərində 3:2 hesablı qələbə qazanıb.
Oyundan sonra komandanın baş məşqçisi Serjio Konseysao ilə bu yaxınlarda kapitanlıqdan məhrum edilmiş müdafiəçi Davide Kalabriya (indi qapıçı Mayk Menyan kapitan sarğısı ilə meydana çıxır) aralarındakı münaqişəni müzakirə ediblər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, münaqişəyə səbəb Konseysaonun futbolçuların oyuna iki gün qalmış konsertə getməsindən narazı qalması ola bilər.
Yanvarın 23-dəki konsertə Kalabriya, Teo Hernandes, Ruben Loftus-Çik və Françesko Kamarda qatılıb.
“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin