“Barselona”nın futbolçusu karyerası ilə bağlı qərar verib

Erik Qarsiya “Barselona”da oynamağa davam edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Komo” həftənin əvvəlində Qarsiyanın transferi ilə bağlı razılığa gəlməyə çox yaxın olub. Amma indi 24 yaşlı futbolçu “Barselona”da qalmağa qərar verib.

İspaniyalı müdafiəçinin bu qərarı komandanın baş məşqçisi Hans-Diter Fliklə son söhbətinin nəticəsidir. Almaniyalı mütəxəssis əvvəllər Qarsiyanın əhəmiyyəti barədə mətbuata danışıb.

Erik Qarsiya cari mövsümdə 17 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button