
36 yaşında karyerasını bitirir
Fransalı hücumçu Loik Remi karyerasını bitirmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu “Lion”, “Lans”, “Nitsa”, “Marsel”, “QPR”, “Nyukasl”, “Kristal Pelas”, “Çelsi”, “Las Palmas”, “Xetafe”, “Lill”, “Rizəspor” və “Adana Dəmirspor”da çıxış edib. Onun son klubu 2023-cü ilin fevralından çıxış etdiyi “Brest” olub.
Remi ikiqat Fransa çempionu, Premyer Liqa çempionu və İngiltərə Liqa kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin