“36 sadəcə bir rəqəmdir”
“Aston Villa”nın 36 yaşlı futbolçusu Eşli Yanq peşəkar karyerasını bitirmək fikrində olmadığını bildirib.
Komanda.az “Birmingham Mail”-ə istinadən xəbər verir ki, Yanq, 40 yaşına kimi futbol oynamaq istədiyini deyib:
“Yaxşı formadayam, sürətimi bir dəqiqə belə, azaltmıram, eyni ruhda işləməyə davam edə bilərəm. Keçən gün agentimlə danışırdım, dedim ki, 40 yaşıma kimi çıxış edə bilərəm. Hər kəsə deyirəm ki, yaxın gələcəkdə karyeramı bitirməyi planlaşdırmıram. Dediyim kimi, yaxşı formadayam, meydana çıxa bilirəm. Mən oynamağa davam edə biləcəyimi bilirəm. 36 sadəcə bir rəqəmdir”.
Eşli Yanq bu mövsüm “Aston Villa”nın heyətində bütün yarışlarda 23 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Yanq 2021-ci ilin iyulunda “İnter”dən “Aston Villa”ya keçmişdi. Futbolçu ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin