Ançelotti: “70 dəqiqə yaxşı oynadıq”
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya kubokunda “Selta” ilə matçda (5:2) göstərdiyi performansla bağlı fikirlərini bölüşüb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı 70 dəqiqə yaxşı oynadıqlarını bildirib:
“70 dəqiqə yaxşı oynadıq və sonra rəqibimizə iki qol verdik. Bu gün müdafiədə əvvəlkindən daha yaxşı idik. Buraxılan hər iki qol fərdi səhvlərin nəticəsidir”.
“Real” əsas vaxtda qələbəni əldən verib, 83 və 91-ci dəqiqələrdə qol buraxıb (2:2). Ancaq uzatmalarda 3 cavabsız qol vuraraq, vəziyyəti düzəldə bilib.
Madridlilər bazar günü öz meydanında “Las Palmas”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin