Qvardiola: “O, üç gündən bir meydana çıxa bilmək üçün tam sağalmalıdır”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli müdafiəçi Con Stounzun sağalmasından danışıb.
Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçunun indi özünü daha yaxşı hiss etdiyini bildirib:
“Mən onunla danışdım, Con özünü daha yaxşı hiss edir. Meydana qayıdanda onun probleminin olmamasına əmin olmaq üçün diqqətli olacağıq. Onun üçün asan deyil, yenidən meydana qayıtmaq üçün səy göstərir. Mən ondan “Aston Villa” ilə oyuna qayıtmağı və bizə kömək etməsini xahiş etdim, amma o, 45 dəqiqədən çox oynaya bilmədi. Bu, yaxşı deyil. O, üç gündən bir meydana çıxa bilmək üçün tam sağalmalıdır”.
30 yaşlı Stounz bu mövsüm “Mançester Siti”nin heyətində 12 oyuna çıxıb, 3 qol vurub.
Bizi Facebook-da izləyin