
“Reşford futbola münasibətini dəyişməlidir”
İtaliyalı keçmiş futbolçu Paolo Di Kanio Markus Reşfordun “Milan”a keçə biləcəyi ehtimalından danışıb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Di Kanio, ingiltərəli futbolçunun motivasiya ilə bağlı bəzi problemlərinin olduğunu xatırladaraq, buna görə, həddən artıq nikbin olmamaq barədə xəbərdarlıq edib:
“Reşfordun oyunundan danışsaq, onda mən ona 10 ballıq sistem üzərindən 8 verərdim. O, vacib oyunçudur, ancaq futbola münasibətini dəyişməlidir. Çünki onun üçün bu, sadəcə bir hobbi kimi görünür”.
Reşford hazırda “Mançester Yunayted”in rənglərini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin