“Barselona”ya məğlubiyyət Ançelottinin “kreslo”sunu laxladıb

İspaniya superkubokunun finalında “Barselona”ya darmadağından (2:5) sonra “Real” rəhbərliyinin baş məşqçi Karlo Ançelottiyə inamı azalıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, heç bir kəskin və ya təcili qərar verilməyəcək, ancaq bundan sonra vəziyyətin təhlili üçün prosesə start veriləcək.

Bu həftə bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək. Məqsəd həmçinin idarə heyəti və Ançelotti arasında vəziyyətin dəqiq diaqnozunu qoymağa və kursu dəyişdirməyə çalışmaq olacaq.

Ançelotti məşqçilik karyerasında 11-ci dəfə “Barselona”ya uduzub. Onun komandası bunun qarşılığında kataloniyalılar üzərində 10 qələbə qazanıb və 3 heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button