
Səudiyyə Ərəbistanı stadionunda “Messi” sədaları
Dünən Səudiyyə Ərəbistanında, İspaniya superkubokunun finalında “Barselona” “Real”ı 5:2 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə stadionun tribunalarında çəkilmiş video yayılıb. Bu videoda Kataloniya klubunun azarkeşlərinin Lionel Messinin adını tərənnüm etməsi eşidilir.
Messi hazırda MLS-də, “İnter Mayami”də oynayır. Argentinalı forvard 2021-ci ilin yayında “Barselona”dan ayrılıb. Həmin vaxt Kataloniya klubu ciddi maliyyə problemləri üzündən Messiyə yeni müqavilə təklif edə bilməyib. Onun “İnter Mayami” ilə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin