“Mançester Siti” misirli futbolçu ilə anlaşıb

Frankfurt “Ayntraxt”ının hücumçusu Ömər Marmuş tezliklə “Mançester Siti”nin futbolçusu olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında danışıqlar sürətlə gedir və tərəflər gələn həftəyə kimi razılığa gəlməyə ümid edirlər.

“Mançester Siti” artıq Marmuşla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola onu “Atletiko”ya keçən Xulian Alvaresin ideal əvəzləyicisi hesab edir.

25 yaşlı misirli futbolçu Bundesliqanın cari mövsümündə “Ayntraxt”ın heyətində 15 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button