Daha bir klub rəhbəri “Olmo işi”nə görə narazılığını bildirdi

“Sevilya”nın prezidenti Xose Mariya del Nido Karrasko “Barselona”nın futbolçusu Dani Olmonun qeydiyyatına icazə verilməsi qərarını şərh edib.

Komanda.az xəbər verir ki, “Relevo” nəşri Əndəlüs klubunun prezidentindən sitat gətirib:

“Bizim, adi insanlar üçün qaydalar tamamilə fərqli şəkildə tətbiq olunur”.

Hazırkı vəziyyəti daha əvvəl həm “Atletiko”, həm də “Las Palmas” tənqid etmişdi.

Bir çox ekspertlər Kataloniya klubunun bu məsələdə uğursuzluğa düçar olacağını proqnozlaşdırsa da, “Barselona” Dani Olmo və Pau Viktoru Ali İdman Şurası vasitəsilə qeydiyyatdan keçirə bilib.

Maraqlıdır ki, “Real” “Barselona”nı bu məsələdə dəstəkləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button