PSJ “Napoli”nin 2 futbolçusunu “qaralayıb”
PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya ilə yanaşı, “Qalatasaray”da icarə əsasında çıxış edən hücumçu Viktor Osimhenlə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalılar Kvaratsxeliya üçün 80 milyon avro istəyir və bu mövzuda danışıqlar davam edir.
PSJ-nin maraq göstərdiyi digər oyunçu, “Qalatasaray”da çıxış edən nigeriyalı forvard Osimhenin də hüquqları “Napoli”yə məxsusdur.
23 yaşlı gürcü futbolçu İtaliya çempionatının cari mövsümündə 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Osimhen isə bu mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin