“Barselona”nın sabiq futbolçusu milli komandanı çalışdıracaq

İndoneziya millisinə “Ayaks”, “Milan” və “Barselona”nın sabiq oyunçusu Patrik Kluyvert rəhbərlik edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilə eyni məbləğə uzadılma imkanı ilə iki il müddətinə qüvvədə olacaq və yeni baş məşqçinin təqdimatı yanvarın 12-də baş tutacaq.

Niderlandlı mütəxəssisin qarşısına milli komandanı dünya çempionatına çıxarmaq vəzifəsi qoyulub. İndoneziya yığması dünya kuboku üçün Asiya seçmə mərhələsində iştirak edir. Komanda burada 6 turdan sonra 3-cü pillədə qərarlaşıb və ikinci yerdə olan Avstraliyadan 1 xal geri qalır.

İndoneziya millisi martın 20-də səfərdə Avstraliya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button