34 yaşlı futbolçu ilin ən yaxşısı elan olundu
Belarusda 2019-cu ilin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu, BATE-də forma geyinən İqor Staseviçdi.
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi həm də ölkə çempionatında sonuncu mövsümün ən yaxşısı seçilib.
Staseviçin komandası da ədalətli oyun mükafatına layiq görülüb. Belə ki, bu komandanın üzvləri geridə qalan mövsümdə 37 sarı vərəqə alsalar da, heç biri qırmızı vərəqə ilə cəzalanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin