“Zirə” “Qarabağ”a məğlub oldu

Avqustun 30-da Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə “Turan Tovuz” doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda növbəti qələbəyə imza atıblar.

“Sumqayıt” isə bu tur “Araz-Naxçıvan”ın müqavimətini qırmağa çalışıb. Amma bu görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Dünən daha iki oyun baş tutub. Hər iki oyun bölgədə olub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edib. Qarşılaşma qolsuz yekunlaşıb.

Turun digər matçı Tovuz şəhər stadionunda “Kəpəz”lə “Sabah” arasında keçirilib. “Kəpəz” 2:0 öndə olduğu bu oyundan məğlubiyyətlə ayrılıb.

Tura bu gün keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulub. Ağdam klubu səfərdə inamlı qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası, 5-ci tur

30 avqust

Turan Tovuz – Səbail 1:0
Qol: Alexandro Serrano, 33.
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Quseynov
Baş məşqçi: Kurban Berdiyev
Səbail: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Queta
Baş məşqçi: Şahin Diniyev

Sumqayıt – Araz-Naxçıvan 0:1
Qol: Miço Kuzmanoviç, 56.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias.
Məşqçi: Rasim Ramaldanov.

31 avqust

Şamaxı – Neftçi 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk.

Kəpəz – Sabah 2:3
Qollar: Viktor Braqa, 10. Lassana Ndiaye, 18 – Coy Lens Mikels, 53; 85. Jesse Sekidika, 70.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 40. Nahid Bağırov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci, 24. Sənan Kərimov, 25. Toğrul Məmmədov, 51. Cəlil Allahverdiyev, 28. Redon Mihana.
Məşqçi: Xaliq Mərdanov.
Sabah: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

1 sentyabr

Zirə – Qarabağ 1:3
Qollar: Ceyhun Nuriyev, 40 – Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu

Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, . Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button