
Braziliyalı futbolçu: “Atletiko”da qalmaq istəyirəm, amma…”
“Atletiko”nun 33 yaşlı futbolçusu Filipe Luisin yayda komandanı tərk edəcəyini xəbər vermişdik.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın son turunda, “Atletiko”nun “Valensiya”nı 3:2 hesabı ilə məğlub etdiyi matçdan sonra açıqlama verən braziliyalı futbolçu, komandada qalmaq istədiyini deyib:
“Atletiko”da qalmaq istəyirəm, amma son qərarı klub verəcək. Ümid edirəm ki, qalan oyunlarda onları buna razı salmağı bacararam”.
Bu mövsüm “Atletiko”nun heyətində 28 matçda iştirak edən futbolçu, bu oyunlarda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin