Milli ilə vidalaşan futbolçu: “Diqqətlə düşünərək bu qərarı verdim”
“İnter”in qapıçısı Yan Sommer İsveçrə millisindən ayrılmağa qərar verdikdən sonra vida nitqi söyləyib.
Komanda.az İsveçrə Futbol Assosiasiyasına istinadən xəbər verir ki, Sommer diqqətlə düşünərək bu qərarı verdiyini bildirib:
“Mən diqqətlə düşünərək bu qərarı verdim. 12 il ərzində ölkəmi ən yüksək səviyyədə təmsil etmək mənim üçün böyük şərəf idi. Çoxlu unudulmaz anları, qələbələri, qürurla xatırlayacağım həyəcanlı matçları, eləcə də, birlikdə keçdiyimiz çətinlikləri xatırlayacam.
Dörd dəfə 1/8 finala yüksəldiyimiz və iki dəfə 1/4 finalda oynadığımız dünya və Avropa çempionatlarının final mərhələsində oynamaq imkanım olub. Bütün bu xatirələr mənim ürəyimdə xüsusi yer tutur”.
35 yaşlı qolkiperin millidən ayrılacağı bazar ertəsi məlum olub.
Bizi Facebook-da izləyin