İngiltərə klubu mərakeşli futbolçu üçün danışıqları dayandırıb

“Vest Hem” agenti ilə şərtlərdə razılaşmadıqları üçün “Bayern”dən müdafiəçi Nussair Mazrauinin transferi ilə bağlı danışıqlardan çəkilib. İngiltərə klubunun 26 yaşlı müdafiəçinin keçidi ilə bağlı artıq razılığa gəldiyi bildirilirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin başqa bir klubu “Mançester Yunayted” israrla Mazrauini transfer etməyə çalışır. Tərəflər arasında danışıqlar gedir.

Mazraui ötən mövsüm 29 matçda iştirak edib və 4 məhsuldar ötürmə verib. Mərakeşli futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button