Fransa klubu fəaliyyətini dayandıra bilər
Fransanın futbol üzrə altıqat çempionu “Bordo” klubu fəaliyyətini dayandıra bilər.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, Liqa 2-də çıxış edən klub borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, klub fəaliyyətini dayandıracaq.
“Bordo” rəhbərliyi “Liverpul”un sahibi olan Amerika şirkəti ilə danışıqlar aparsa da, nəticəsiz qalıb.
“Bordo” 2023/24 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin