“Liverpul” İngiltərə millisinin hücumçusunu almaqdan vaz keçib
“Liverpul” İngiltərə millisinin hücumçusu Entoni Qordonu almaq fikrindən əl çəkib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızılar” “Nyukasl”ın müdafiəçi Jarell Quansunun müqaviləyə daxil edilməsini tələb etdiyi üçün 23 yaşlı futbolçunu almaqdan imtina ediblər. Belə ki, “Liverpul” 21 yaşlı yetirməsinin gedişi ilə bağlı variantları nəzərdən keçirmir.
Qordon AÇ-2024-ün qrup mərhələsində Sloveniya ilə 3-cü tur matçında (0:0) iştirak edib. O, bu oyunda bir dəqiqə meydanda olub.
İngiltərəli forvard ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin