
Ərəblər “Barselona”nın hücumçusuna yüksək maaş vəd edib
“Əl-Hilal” gözünü “Barselona”nın hücumçusu Rafinyaya dikib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər vetir ki, baş məşqçi Jorje Jezus braziliyalı futbolçunun transferində şəxsən israrlıdır.
“Barselona” futbolçusu üçün 100 milyon avro təzminat tələb edəcək. “Əl-Hilal” artıq Rafinyaya çox yüksək maaş təklif edib ki, bu da onun “Barselona”dakı illik maaşından xeyli çoxdur.
27 yaşlı futbolçu İspaniya çempionatının son mövsümünü 6 qol və 9 məhsuldar ötürmə ilə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin