“Real”ın hücumçusuna göz dikib – 2 “nəhəng”

“Real”ın hücumçusu Rodriqoya iki top-klubdan maraq var.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı vingerin xidmətində “Mançester Siti” və PSJ klubları maraqlıdır.

Yeni mövsümdə “Real”ın heyətində daha iki hücumçu olacaq: azad agent kimi müqavilə imzalayan Kilian Mbappe kluba qoşulacaq. Həmçinin, “kral klubu”nu Braziliya millisinin futbolçusu olan 18 yaşlı Endrik də gücləndirəcək.

Rodriqo “Real”dan ayrılmaq fikrində olmadığını açıqlamışdı. O, yeni gələnlərlə rəqabətdən qorxmadığını bildirib. Bununla belə, braziliyalı forvardın karyerasını davam etdirmək üçün hələ də variantları var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button