
“Latsio” “sükan”ı keçmiş futbolçusuna tapşıra bilər
Keçmiş hücumçu, almaniyalı məşqçi Miroslav Kloze İtaliya çempionatında işləyə bilər.
Komanda.az “The Laziali”-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, İqor Tudorla yollarını ayırdıqdan sonra məşqçisiz qalan “Latsio”ya dəvət oluna bilər.
Kloze vaxtı ilə Roma klubunda çıxış edib. Almaniyalı keçmiş forvard 2011-16-cı illərdə futbolçu kimi “Latsio”nun şərəfini qoruyub. Bu komanda onun karyerasında sonuncu klub olub.
“Latsio” İtaliya çempionatının ötən mövsümündə 61 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin