“Mbappe 48 saat ərzində “Real”ın futbolçusu olacaq”

“Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger fransalı hücumçu Kilian Mbappenin “Real”a potensial transferi ilə bağlı məlumat paylaşıb.

Komanda.az “Bein Sports”-a istinadən xəbər verir ki, Venger, fransalı futbolçunun 48 saat ərzində “kral klubu”nun oyunçusu olacağını bildirib.

25 yaşlı forvard PSJ-dən azad agent kimi ayrılıb. Beləliklə, Mbappe azad agent kimi “Real”ın sıralarına qoşulacaq. “Kral klubu” hücumçu ilə 5 illik müqavilə imzalayacaq. Mbappenin maaşı ildə 15 milyon avro olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button