311 gündən sonra geri döndü
“Roma”nın müdafiəçisi Leonardo Spinatsola A Seriyasının 36-cı turunun “Fiorentina” ilə oyununda (0:2) iştirak edib. Futbolçu matçın 90-cı dəqiqəsində Rik Karsdorpun əvəzinə meydana daxil olub.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bu, “Roma”nın futbolçusunun 311 gündən sonra meydana çıxdığı ilk oyun olub.
29 yaşlı futbolçu İtaliya yığmasının heyətində 2021-ci ildə keçirilən Avropa çempionatında zədələnmişdi. O, AÇ-2022-nin 1/4 finalında, Belçika ilə oyunda zədə almışdı. Həmin vaxtdan Spinatsola yaşıl meydandanlardan kənarda qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin