“Evə xoşbəxt, amma ehtiyatla gedirik” – Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının ilk yarımfinal oyununda “Roma” üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı 2:0-ın yaxşı nəticə olduğunu bildirib:

“Ciddi və diqqətli matç oldu. Onların qol vurmaq şansları var idi. Biz liderliyi ələ keçirdik, bu da bizə daha çox inam verdi. İkinci hissədə səhv buraxmadıq. Bilirdik ki, ehtiyatlı olsaq, şanslarımız olacaq. 2:0 yaxşı nəticədir, ona görə də, evə xoşbəxt, amma ehtiyatla gedirik.

Bu mövsüm gördüyümüz işlər əladır. Çox yüksək səviyyəli, keyfiyyətli futbolçularımız var. Dayanmaq istəmirik. Mövsümün sonuna qədər eyni ruhda davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button