Keçmiş futbolçusu “Real”ın baş məşqçisi olmaq istəyir

“Real”ın keçmiş futbolçusu, hazırda gənclər komandasının məşqçisi olan Alvaro Arbeloanın agenti hesab edir ki, ispaniyalı çalışdırıcı əsas komandaya rəhbərlik edə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, Arbeloanın komandanın baş məşqçisi olmaq istədiyini bildirib:

“Arbeloa “Real”ın baş məşqçisi olmaq istəyir. Bunun üzərində fəal işləyir. Onun Karlo Ançelottinin varisi olacağına heç bir şübhəm yoxdur”.

41 yaşlı Arbeloa 2017-ci ildə karyerasını başa vurub. O, 2020-ci ildən “Real”ın gənclər komandasını çalışdırır.

Arbeloa “Real”la İspaniya çempionu və 2 dəfə ölkə kubokunun qalibi olub, həmçinin 2 dəfə Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button