“Barselona” Xavi ilə bağlı qərarı rəsmən açıqlayacaq – Tezliklə
“Barselona”nın prezidenti Xuan Laporta və komandanın baş məşqçisi Xavi tezliklə mühüm açıqlama verməlidirlər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mövsüm də klubda qalacaq.
Bu gün Xavi və Laporta əməkdaşlığın davam etdirilməsinin səbəblərini açıqlayacaqları mətbuat konfransı keçirəcəklər.
Xavinin klubla 2025-ci ilə qədər müqaviləsi var, lakin mütəxəssis yanvarda yayda komandadan ayrılacağını açıqlamışdı. Bununla belə, rəhbərlik məşqçini razı sala bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin