Keçmiş futbolçu Ten Haqa inanmır
“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, niderlandlı çalıçdırıcının gələn mövsüm komandanı yaxşılaşdıra biləcəyini düşünmədiyini bildirib:
“Düşünmürəm ki, Ten Haq klubda qalmayacaq. “Koventri” ilə matçdan sonra paltardəyişmə otağında yöndəmsiz atmosfer olmalıdır. Futbolçular bu nəticəyə necə sevinəcəklərini bilmirlər.
Ten Haq gələn mövsüm komandanı yaxşılaşdıra bilərmi? Bunun baş verəcəyini düşünmürəm”.
“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinalında “Koventri”ni məğlub edib. “Qırmızı şeytanlar” üç top fərqi ilə qalib gəlsələr də, rəqiblərinə hesabı bərabərləşdirməyə imkan veriblər. Sonda MY penaltilər seriyasında yenə də qalib gələ bilib – 4:2.
Bizi Facebook-da izləyin