“Əsl Rafinya Parisdə gördüyümüzdür” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı ilk oyunda (3:2) komandanın yarımmüdafiəçisi Rafinyanın çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı brazilyalı futbolçunun rəqib qapısına hücum etməkdə dünyanın ən yaxşı oyunçularından biri olduğunu bildirib:

“Əsl Rafinya Parisdə gördüyümüzdür. O, israrlıdır, yer tapır, şanslar yaradır. Rafinya rəqib qapısına hücum etməkdə dünyanın ən yaxşı oyunçularından biridir”.

27 yaşlı braziliyalı vinger dubla imza ataraq, Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Rafinya bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button