“Biz çox yaxşı iş gördük” – Uduzan komandanın baş məşqçisi
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino KONKAKAF Çempionlar Kubokunun “Monterrey”lə ilk oyununu (1:2) şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis matçın yüksək tələblərinə cavab verə bildiklərini söyləyib:
“Mübarizəmiz xoşuma gəldi. Düşünürəm ki, biz çox yaxşı iş gördük və məncə, bu, ən vacib şeydir. Hesab edirəm ki, həm klub, həm də gənc oyunçular üçün faydalı dərs almaq baxımından yaxşı fürsət oldu. Nəticədə, matçın yüksək tələblərinə cavab verə bildik”.
“İnter Mayami”nin əsas oyunçusu Lionel Messi görüşdə iştirak etməyib. Luis Suares, Serxio Busquets və Jordi Alba bütün matçı əvəzlənmədən keçiriblər.
Cavab oyunu aprelin 11-də, Monterreydəki “BBVA Bancomer” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin