30 yaşında karyerasını başa vurdu

Futbol üzrə İspaniya milli komandasının və Almaniyanın “Volfsburq” klubunun yarımmüdafiəçisi İqnasio Kamaço karyerasını başa vurmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun belə qərar verməsinə ağır zədə ilə üzləşməsi səbəb olub. Hansı ki o, bu üzdən 3 il idi futbol oynaya bilmirdi.

Xatırladaq ki, Kamaço 2017-ci ildə “Volfsburq”un “Hannover”lə oyununda sol ayağından ağır zədə almışdı. O, bu zədə ilə əlaqədar indiyə qədər beş əməliyyat keçirib. Lakin yarımmüdafiəçi 3 illik mübarizədən sonra karyerasını bitirməyi üstün tutub.

“Volfsburq” Kamaço ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Lakin o, klubda qalacaq və Almaniya təmsilçisinə fərqli formada xidmət edəcək.

Madrid “Atletiko”sunun yetirməsi olan Kamaço, 2011-ci ildə bu komandanı “Malaqa”ya dəyişib. 2017-ci ildə isə o, “Volfsburq”a transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button