30 min avroluq butslar
Fransa millisinin üzvü Pol Poqbanın DÇ-2018-in final matçında geyindiyi butslar satılıb.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçinin butsları 30 min avro qarşılığında satılıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Poqba butslarını bir müddət əvvəl xeyriyyə fonduna bağışlamışdı. Butsların satışından gələn gəlir, Fransanın yoxsul bölgələrində yaşayan uşaqların təhsilinə xərclənəcək.
Fransa millisi DÇ-2018-in final oyununda Xorvatiyanı 4:2 hesabıyla məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin