30 milyon manatlıq 1 xal, “Qarabağ”ın uğurlarının memarı olan Məmmədyarov
Mız
Bu gün AFFA-nın hesabat-seçki konfransı keçirilib.
Konfransda AFFA İcraiyyə Komitəsinə seçkilər də baş tutub. Seçkilərdən sonra məlum olub ki, son illərdə İcraiyyə Komitəsinin üzvü olmuş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov budəfəki heyətdə yoxdur. Əvəzində Azərbaycan futbolunun inkişafında misilsiz xidmətləri olmuş, keçmiş güləşçi Fərid Mansurov və “Qarabağ” klubunun avrokuboklarda uğurlu çıxışında birbaşa əməyi olan, hətta bu komandanın bütün zəfərlərinin memarı adlandıra biləcəyimiz xarici işlər naziri Elmar Məmmədyarov İcraiyyə Komitəsinə üzv seçilib. Bu iki şəxsin gələcəkdə Azərbaycan futbolunu zirvələrə daşıyacağına əmin ola bilərsiz!
Konfransda o da məlum olub ki, AFFA-nın ötən il üçün gəlirləri 29 milyon 948 min 618 manat təşkil edib. Yəni yuvarlaqlaşdırsaq, 30 milyon manat! Bu isə o deməkdir ki, Azərbaycanın futbol üzrə milli komandasının son seçmə mərhələdə gücənə-gücənə qazandığı o 1 xalın qiyməti 30 milyon manatdır. Yəqin milli komandanın seçmə mərhələdə 2 xal toplaması üçün AFFA-nın illik gəlirləri 60 milyon, 3 xal üçün də 90 milyon manat olmalıdır.
Mızbaz
Bizi Facebook-da izləyin