“30 illik yaramız sağaldı” – Emil Balayev
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Lyublyanadakı “Steyiçe” stadionunda keçiriləcək Sloveniya ilə yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın da formasını geyinən qolkiper bu gün Sloveniyada baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün əlamətdar gündür – zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddin Məhəmmədəliyevə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımı gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.
Bizi Facebook-da izləyin