
“Bəlkə də, 30 ildir belə güclü komandamız olmayıb” – Terri
“Çelsi”nin sabiq müdafiəçisi Con Terri ölkəsinin yığmasının AÇ-2024-dəki çıxışı ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü “Sky Sports”-a açıqlamasında belə deyib:
“Bəlkə də, 30 ildir belə güclü komandamız olmayıb. Oyunçuların yaxşı əlaqəsi var və bir-birini dəstəkləyir. Komandada güclü və təcrübəli futbolçuların qarışığı mövcuddur”.
2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə millisi C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin