“3:0, hətta 4:0 öndə ola bilərdik, amma…” – Kazemiro
“Mançester Yunayted”in futbolçusu Kazemiro UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə cavab görüşü haqda (0:3) fikir bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin İspaniya La Liqasındakı çıxışından söz açıb:
“Rəqib oyun ərzində bizdən üstün idi. Öz meydanımızda daha yaxşı çıxış edə bilərdik. Çünki biz orada əla oynamışdıq. 3:0, hətta 4:0 öndə ola bilərdik, amma rəqabəti öldürə bilmədik.
Heç bir bəhanəmiz ola bilməz. Çünki biz “Mançester Yunayted”ik. Biz bu klubun futbolçularıyıq. “Sevilya” İspaniya çempionatında yaxşı çıxış etməsə də, onlarla avrokuboklarda oynamağın çətin olacağını bilirdik. Sadəcə biz yaxşı oynaya bilmədik”.
İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” La Liqa klubuna 2:5 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
Növbəti mərhələdə “Sevilya”nın rəqibi “Yuventus” olacaq.
Bizi Facebook-da izləyin